"Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Mən dünyada müəllimdən yüksək ad tanımıram."Ümummilli lider Heydər ƏliyevMüəllim kimdi?Müəllim insanları bilikləri öyrənməyə kömək edən şəxs. Müəllim adı hər kəs üçün əzizdir. Hamının müəllimi olub - hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (s) də. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayıb. Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar deyənlər çox olub. Həzrət Əli (əleyhisəlam) deyib:" Hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram".Dahi Nəsrəddin Tusi demişdir: "İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir". Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı" Bəli cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. İnsana ilk düz yol göstərən, onun yaşamaq üçün mükəmməl insan olmasında stimul verən əsas qüvvə müəllim sayılır. Müəllim təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri, problemləri ilə birgə. Müəllim bütün ömrünü şagirdləri ilə bölüşür. Müəllim gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir.Əlbəttə, söhbət müəllimdən gedir, müəllim adını ləkələyənlərdən yox! Bu yazıda mənə çox doğma olan, həm müəllimim olan, elm aləmində, dostlarının, həmkarlarının, tələbələrinin yaddaşında gözəl insan kimi yaşayan Gözəl Mustafayeva haqqında söz açmaq istəyirəm.Gözəl müəllim – ömrünün yarıdan çoxunu öz sevimli peşəsinə həsr edib. Dərin bilik, mədənilik, mənəviyyat, xeyirhaqlıq nümunəsi olan Gözəl müəllimin nüfuzu da yüksəklərdə olub. Gözəl müəllim ilk dəfə 1988-ci ildən Bakı şəhəri Xətai rayonu 191 saylı orta məktəbdə pedoqoji fəaliyyətə başlayıb. 2012-ci ildən bu günə qədər Heydər Əliyev adına Liseydə müəllimlik peşəsində calışır. Eyni zamanda Təhsil Nazirliyinin nəznində kurikulum proqramı üzrə təlimçi, ixtisas artirma kurslarında təlimçi, bir cox Coğrafiya fənnindən testlərin müəllifi, imtahan rəhbəri kimi, 2007-ci ildən isə Tələbə Qəbulu indiki DİM-də Coğrafiya fənni üzrə fənn ekspertidi. Həmçinin Respublikamızda bir çox rayonlarımızın məktəblərində, həm imtahan rəhbəri, həm təlimçi kimi iştirak edib.Gözəl müəllimin dərs keçdiyi, bilik verib hazırladığı abutryentler hazirda dünyanın bir çox ölkələrində, Avropa ölkələrində o cümlədən Amerikada tehsil alırlar, işləyirlər.Həyatı boyu şərəfli və müqəddəs peşə sahibi olan Gözəl müəllim eyni zamanda da mənim də çox hörmət bəslədiyim müəllimim olub. Burdan Gözəl müellimə demək istəyirəm: Gözəl müəllim, həyatda nüfuzu qazanmaq çətin yol tələb edir. Siz o nüfuzu çətinliklərə sinə gəlib qazanmısız, hər kəsə nümunə olacaq bir şəxsiyyətsiniz, siz xoşbəxt insansiz. Siz şagirdlərinizə təkcə müəllim kimi yox, sözün həqiqi mənasında yol göstərən, qayğıkeş, mənəvi dəstəkçisi olmusunuz .Müəllimlik müqəddəs bir peşədir. Sizin yetişdirdiyiniz hər bir şagird, tələbə qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Sizin her bir şagirdinizin, tələbənizin qazandığı uğur çəkdiyiniz bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur. Siz xoşbəxt insansınız ki, minlərlə ugur qazanmış balanız var, minlərlə ürək sizə sevgi ilə döyünür. Çunki, sizdə möhkəm, tükənməz enerji, bilik, bacarıq, səbr, iradə olub. Hələ bundan sonra neçə-neçə nəsil sinfindən həyata vəsiqə alacaq, xalqına, dövlətinə layiqli övlad olacaqlar.Gözəl müəllim, biz sizin kimi müəllimlərmizlə qürur duyuruq! Üzündən, çəkdiyin zəhmətin bəhrəsindən doğan təbəssüm, xoşbəxtlik əskik olmasın.Və bu gün fürsətdən istifadə edərək, Aran Media Group kollektivi adından, öz adımdan sizi ad günü münasibətilə təbrik edirik!Allahdan sizə ən əsas olan cansağlığı, uzun ömür diləyirik!Maral VəliyevaŞəmkir Peşə Liseyi və Şəmkir Koltəhnəli kənd tam orta məktəbin müəllimi